Te Amoღ Суббота, 18-Мая-2024, 18:36
Главная | Регистрация | Вход Приветствую Вас Гость | RSS
Меню сайта
Мини-чат
Наш опрос
Как вы смотрите на секс на первом свидании?
Всего ответов: 57
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Главная » 2009 » Август » 27 » Tunay: “Erotik səhnələr olanda, ağıllarına birinci mən gəlirəm”
Tunay: “Erotik səhnələr olanda, ağıllarına birinci mən gəlirəm”
22:04
"Azərbaycanda mənim kimi qızların qiymətini bilən kişilər var"

- Tunay, “SARI” jurnalına verdiyin müsahibədə maraqlı cavabların hamını şoka salıb…

- Görürsünüz, sonra da deyirlər “Tunay danışmağı bacarmır”.

 
- Kim elə deyir?

- ANS TV-də “Yallı” müsabiqəsində aparıcı idim. Bir neçə verilişdən sonra dedilər ki, danışmağı bacarmırsan, yəni fikirlərimi ağıllı-başlı ifadə edə bilmirəm deyib məsləhət gördülər ki, başqa işin qulpundan yapışım.

- Yəqin, o məsləhət olmasaydı, indi Azərbaycanın “ən bahalı modeli” olmazdın. 

- Bəli, indi ən bahalı modeləm. Bilirsiniz, mənim kimi istedadlar əvvəl-axır öz yerini tapır!

- Bəs Pyer Kardeni necə tapa bildin? 

- Mən yox, Pyer Karden Bakıya gələndə özü məni tapdı. 

- Bütün dünyada modellər podiuma çıxmaqla pul qazanır. Bəs Azərbaycanda modellər pulu necə qazanır?

- Qazanırıq da. 

- Bizim modellərdən kimləri özünə rəqib bilirsən?

- Heç kimi!

- Hətta?!

- Kim var axı? Az-çox tanınanlardan Validə Abbasovadır, o da anam yerindədir.

- Yeri gəlmişkən, səni Züleyxa Akçurinaya bənzədirlər… 

- Ola bilməz! Bilirsiniz, adlarını çəkdikləriniz artıq qocalıblar, mən isə hələ indi-indi çiçəklənirəm! Amma sizə bir informasiya da verim ki, onlar mənim yaşımda artıq tükənmişdilər.

- Özün haqqında çox yüksək fikirdəsən…

- Niyə də olmayım?! Deyin görüm mənim qazandığım uğurları kim qazanıb? Gəlin sizə bir sirr açım: “SARI” jurnalındakı müsahibəmdən sonra gördülər ki, danışmağı da bacarıram, fikirlərimi ağıllı-başlı ifadə etməyi də. ANS peşman olub məni yenidən aparıcı kimi dəvət edib. Çox maraqlı bir layihənin aparıcısı olacağam.

 
- O nə layihədir elə? 

- Super layihədir! Hələ aparıcı kimi az deyil, layihənin prodüserliyini də mənə həvalə ediblər.

- Çox maraqlıdır, 300.000$-lıq müqavilədən sonra ANS sənə nə qədər pul təklif edib ki, razılaşmısan?

- Düzünü desəm, hələ bilmirəm, bu işlə köməkçilərim məşğuldur. Hər halda onların mənim qiymətimdən xəbərləri var.

- Maraqlıdır, görəsən ANS-in büdcəsinin sənin maaşını təmin etməyə gücü çatacaq?

- Ay bacı, çatar razılaşaram, çatmaz sağollaşaram. Onsuz da onlarla tez-tez sağollaşmağa öyrəşmişəm. 

- Əminsən ki, 3-cü dəfə peşman olub səni yenidən qaytaracaqlar?

- Əlbəttə, onlar mənsiz darıxırlar. Axı mən ulduzam! (Gülür).

- Bəs Ərəb Əmirliklərindəki müqavilən necə oldu?

- Onlar verən pulla hələ razılaşmamışam, qiymətimi bir az da artırıram.

- Düz edirsən, internet forumlarda səni təkcə öpmək üçün milyonlar verməyə hazır olanlar var… 

- Hə, Azərbaycanda mənim kimi qızların qiymətini bilən kişilər var!

- Eşitdik seriala dəvət almısan?

- Hə, onu mən də eşitmişəm, ancaq senaridən xəbərim yoxdur.
 
 
- Niyə məhz sən?

- Sizcə, niyə mən olaram? Amma jurnallardakı yarıçılpaq şəkillərimi görəndən sonra heç inanmıram ki, məni ağıllı-başlı seriala dəvət etsinlər. 100% erotik səhnələr var ki, ağıllarına birinci mən gəlmişəm. Camaatın başı xarab olub. (Gülür).

- Hələ Ayseldən cavab gəlməyib?

- Hə, o ayaq məsələsini deyirsiniz? Cavab gələ də bilməz axı. Mənim ayaqlarıma tay ayaqları olsun ki, cavab versin.

- Doğrudan elə düşünürsən ki, baş insana ancaq gözəl saç düzümü etdirmək üçün lazımdır?

- Əlbəttə, baş olmasa, saç düzümünü harada etmək olar?

- Pəhrizi yadından çıxarmamaqdan ötrü adını Tunay qoymusan. Hələ də tuna balığı yeyirsən?

- Bəs necə, mənə görə həyatda pəhrizdən və puldan vacib heç nə yoxdur. 

- İşdir, birdən pəhrizini dəyişsən adını da dəyişəcəksən?

- Lazım gəlsə, dəyişərəm!

Просмотров: 2307 | Добавил: Nejinka | Рейтинг: 1.0/1 |
Всего комментариев: 1
1 Nejinka  
0
Naprimer ya ee uj krasavicoy ne shitayu est i po krasivee prosta oni siyat doma... ona ocen visokovo mneniya o sebe....

Имя *:
Email *:
Код *:
Форма входа
Поиск
Календарь
«  Август 2009  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Архив записей

    Solnishko=)&Neja+ production
    Создать бесплатный сайт с uCoz