Главная » 2009 » Ноябрь » 11 » Hər şey başlamadan bitər məndə...necə ki,mən başladım sən bitirdin...!!!
Hər şey başlamadan bitər məndə...necə ki,mən başladım sən bitirdin...!!!
12:41
Məni içimdən gələnləri yazmağa heç nə vadar etmir...Sadəcə boş və soyuq vərəq sözlərimin əsiridir!...Hər dəfə yazdığımda,səni yazıram...Pozulması mümkün olmayan sətirlərdəsən sanki...O sətirlər ki,nədənsə xəbər verir və yazılan hər bir kəlmə sadəcə yazılmaqçün mövcud deyil...içimdəkiləri anlatmağçün bir vasitədir!Hər vasitə isə sənin yoxluğunu əvəz edə bilməz!Kiminə hər oxunduqca əzab verər,kiminəsə yalnız qaldığını dərk etdirər...ancaq mən heçnədən qorxmuram,çünki təkəm...Təkliksə o zaman gözəldir ki,yanında biri olsun və təkliyin nə qədər gözəl olduğunu anlatmağa birinə ehtiyacım var...Hər dəfə bu ehtiyacların artdığını hiss edəndə səndən nə qədər uzaqlaşdığımı anlayıram...sən uzaqlaşdığca isə varlığın məni incidir...bəlkədə ölümün və ya yoxluğun məni bu qədər incitməzdi...ancağ zaman keçdikcə həyatımın sənsiz ola biləcəyini düşünürəm və düşncələrim məni yanıltmır...indi sənsizəm hansı ki,sənsizliyimdə də xoşbəxtəm...Yeganə üzüləcəyim varlıqsa QƏLBİMDİ....Çünki bütün ağrıları və üzüntüləri daşıyanda QƏLBİMDİ,yaşadanda........Zamansa öz axarındadı sanki yaşananları görmürmüş kimi...insanın ən yaxın dostu kölgəsidir deyirlər,ancaq qaranlıq çökəndə də yenə tək qaldığını anlıyırsan...məgər bu qaranlıq zülmətin çökməsinə yeganə səbəb günəşdir?!....bu qeder cavabsız suallar bəs edər....sonunda cavablandıra biləcəyim tək bir sual............................................................................................ Hər şey başlamadan bitər məndə...necə ki,mən başladım sən bitirdin...!!!